​Bakıda "Passat" minik və yük avtomobilinə çırpılıb, yaralanan var - FOTO

​Bakıda "Passat" minik və yük avtomobilinə çırpılıb, yaralanan var - FOTO Hadisədən sonra "Passat"ın dövlət nömrə nişanı çıxarılıb
Hadisə
6 Fevral , 2016 13:01
​Bakıda Passat minik və yük avtomobilinə çırpılıb, yaralanan var - FOTO

Bakı. 6 fevral. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, "Passat" markalı avtomobil əvvəlcə "Hyundai" markalı avtomobillə toqquşub, daha sonra "KamAZ" markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində "Passat"ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra "Passat"ın dövlət nömrə nişanı çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi