Bakıda partlayış nəticəsində xəsarət alan qadın dünyasını dəyişib

Bakıda partlayış nəticəsində xəsarət alan qadın dünyasını dəyişib Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Aprel , 2017 16:21
Bakıda partlayış nəticəsində xəsarət alan qadın dünyasını dəyişib

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda ay yarım əvvəl partlayış nəticəsində xəsarət alan qadın dünyasını dəyişib.

“Report”un xəbərinə görə, fevralın 26-da Şuvalan qəsəbəsi Sabir küçəsi ev 63 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Mehriban Süleymanova yaşadığı evdə elektrik radiator qızdırıcının partlaması nəticəsində hər iki ayağının yanığı xəsarətləri ilə 5 saylı Klinik Xəstəxanaya yerləşdirilib. M.Süleymanova xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi