Bakıda parkda yanğın olub

Bakıda parkda yanğın olub Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub.
Hadisə
12 İyul , 2021 17:35
Bakıda parkda yanğın olub
0 : 00
0 : 00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub.

"Report" nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata əsasən, təqribən 150 m² sahədə quru ot və kol-kos yanıb.

Son xəbərlər

Orphus sistemi