Bakıda parkda qətl törədən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakıda parkda qətl törədən şəxslərin cinayət işi məhkəməyə göndərilib Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
21 Fevral , 2019 09:49
Bakıda parkda qətl törədən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov Səddam Hüseynlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Ş.Fətiyev, N.Bağırov və S.Hüseynli saxlanılıb.

Məlumata görə, R.Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananda yaşayıb.

R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində Ş.Fətiyev və digər şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb. F.Qəribov hadisə yerindən qardaşı R.Qəribova zəng vuraraq onu köməyə çağırıb. R.Qəribov hadisə yerinə gəlib. Dava zamanı Ş.Fətiyev Rauf Qəribovu da ürək nahiyəsindən bıçaqlayıb. R.Qəribov "Azərsutikinti" xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi