Bakıda parkda baş verən yanğın söndürüldü

Bakıda parkda baş verən yanğın söndürüldü Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələ
Hadisə
6 Avqust , 2020 16:27
Bakıda parkda baş verən yanğın söndürüldü
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən 1 ha ərazidə ağaclıq və quru ot yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16:07

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi