Bakıda Pakistan vətəndaşı itkin düşüb

Bakıda Pakistan vətəndaşı itkin düşüb Bakıda Pakistan vətəndaşı itkin düşüb.
Hadisə
3 Fevral , 2022 09:32
Bakıda Pakistan vətəndaşı itkin düşüb

Bakıda Pakistan vətəndaşı itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 31-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Pakistan vətəndaşı, 1982-ci il təvəllüdlü Mahmud Nasir Asif Muhammad oğlu yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı onunla eyni ünvanda yaşayan həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi