Bakıda Pakıstan vətəndaşı həmyerlisini döyərək başına çəkiclə zərbə vurub - FOTO - VİDEO

Bakıda Pakıstan vətəndaşı həmyerlisini döyərək başına çəkiclə zərbə vurub - FOTO - VİDEO Hadisəyə səbəb onun həmyerləsinə iş tapmaması olub
Hadisə
100
1 Mart , 2018 08:23
Bakıda Pakıstan vətəndaşı həmyerlisini döyərək başına çəkiclə zərbə vurub - FOTO - VİDEO

Bakı. 1 mart. REPORT.AZ/ Pakistan İslam Respublikasının vətəndaşı Bakının Suraxanı rayonunda küt alətlə döyülərək xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində baş verib.

 Belə ki, 34 yaşlı Mummad Naveed Ahmad açıq kəllə-beyin travması ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralının "Report"a verdiyi məlumata görə, o, 9 ildir, Bakıda yaşayır. Onunla həmyerlisi Rafakat adlı şəxs arasında dəfələrlə mübahisə yaranıb. Ötən gecə Mummad Naveed Ahmad marketdən ərzaq alıb evə qayıdarkən qəfildən Rafakatın hücumuna məruz qalıb. Rafakat onunla əlbəyaxa dava zamanı başına çəkiclə zərbə vurub. 

Yaralının dediyinə görə, davaya səbəb Rafakatın işsiz qalmasıdır. Mummad Naveed Ahmad ona Bakıda iş tapmalı imiş.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi