Bakıda Pakistan vətəndaşı döyülüb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 26-da Nəsimi rayon ərazisində baş verib.
Belə ki, Pakistan vətəndaşı, 1988-ci il təvəllüdlü Saeed Arslan Muahmmad rayonun Mərdanov Qardaşları 5 ünvanında yerləşən “Oskar” marketinin qarşısında Əli adlı şəxslə mübahisə edib. Mübahisə zamanı Əli onu vurub.
A.Saeed bu barədə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.