Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək pul istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək pul istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
29 Sentyabr , 2018 13:11
Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək pul istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ali Məhkəmədə özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək hədə-qorxu ilə pul istəməkdə təqsirləndirilən Ramil Qədimovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Qədimovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, V.Həsənov R.Qədimov ilə birlikdə Bakıda qrup yaradaraq Yaşar Babayevə hədə-qorxu gəliblər. R.Qədimov özünü MTN-in əməkdaşı Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Y.Babayevdən külli miqdarda pul tələb edib. Y.Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra təqsirləndirilən şəxslər tutulub. V.Həsənov və R.Qədimovun barəsində həbs qətimkan tədbiri, N.Hüseynova barəsində isə başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

R.Qədimovla N.Hüseynova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və V.Həsənov isə 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Qədimov 6 il, V.Həsənov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. N.Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi həmin şəxslərin apellyasiya şikayətini təmin etməyib. Daha sonra R.Qədimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi