Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub

Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Oktyabr , 2018 12:16
Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Y.Bayramovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Son xəbərlər

Orphus sistemi