Bakıda özünü İŞİD üzvü kimi təqdim edərək uşaq qaçıran şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda özünü İŞİD üzvü kimi təqdim edərək uşaq qaçıran şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib
Hadisə
24 Yanvar , 2017 09:21
Bakıda özünü İŞİD üzvü kimi təqdim edərək uşaq qaçıran şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Elnur Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, ötən ilin may ayının 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn Ramazanlı bir gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.
Arşdırılmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlu H.Ramazanlını girov götürdüyünü deyib.
O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş E.Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini E.Məmmədov tutulub.

Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə (“skoç”la) bağlı vəziyyətdə olan H.Ramazanlı tapılaraq valideynlərinə təhvil verilib.
Mayın 11-də E.Məmmədov həbs olunub və ertəsi gün barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 11 il müddətinə zadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi