Bakıda özünü bıçaqlayaraq binadan yerə atmaq istəyən şəxs xilas edilib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda özünü bıçaqlayaraq binadan yerə atmaq istəyən şəxs xilas edilib - FOTO - VİDEO - YENİLƏNİB Buna həmin binadan özünü yerə ataraq öldürən qardaşının intihar səbəblərinin düzgün araşdırılmaması səbəb olub
Hadisə
2513
15 Dekabr , 2017 11:21
Bakıda özünü bıçaqlayaraq binadan yerə atmaq istəyən şəxs xilas edilib - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 02:01

Bakı. 15 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Sadiqov Cavid Sevindik oğlu beşmərtəbəli binanın damına çıxaraq özünü bıçaqlayıb və büdrəyərək arxaya yıxılıb.

Bu zaman hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu xilas edərək "təcili yardım" maşını ilə yaralı vəziyyətdə xəstəxanaya yola salıblar.

Anası Zərnişan Rüstəmovanın "Report"a verdiyi məlumata görə, oğlu Cavid Sadiqovun intihar etməsinə qardaşı Emin Sadiqovun müəmmalı ölümü səbəb olub:

"Mayın 21-i oğlum düşdü öldü, bilmədik bu binadan yıxıldı, itələdilər, neylədilər. Bura Ağcabədidən gəlmişik, kirayə qalırıq. Rayonda [Emin Sadiqovun] babası rəhmətə getmişdi. Yanındakı uşaqlara dedi ki, zəng gəldi, çağırdılar Bakıya. Zəngin hansı nömrədən gəldiyini çıxarmadılar. Dedilər 8-in yarısı sağ idi, xəstəxanaya çatmadıq, 8-ə qalmış meyitini apardılar morqa, bizə vermədilər. Əvvəlcə bildirildi ki, guya oğlum bu binadan 7 metr aralıda yerə düşüb, iş qurtarandan sonra məsafəni 4 metr elədilər.

Bu binanın 5-ci mərtəbəsində yaşayan dostu var imiş. Dedilər ki, özü intihar edib, ayrı heç nə demədilər. Getdim, gəldim xeyri olmadı.

Səbəbsiz yerə kim özünü atar yerə axı, bax onun qardaşı da özünü ordan indi atmaq istəyir. Demək ki, səbəbi var. Dərindən araşdırılma aparılmadı.

3 ay ərzində o nömrəni ortaya çıxarda bilmədilər. Guya nə "whatsapp"ı, nə danışıq səsi var".

Son xəbərlər

Orphus sistemi