Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib

Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib Hazırda qadının vəziyyəti ağırdır
Hadisə
27 Oktyabr , 2017 07:57
Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.

"Report"un xəbərinə görə, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.

"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü M.G. yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.

G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi