Yuxarı

Bakıda özünü 15-ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib

Hadisə Xətai rayonunda baş verib

Bakı. 7 İyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə tikilməkdə olan onbeşmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

"Report" FHN-nin saytına istinadən xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:14-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi