Bakı. 18 debabr.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Bakı sakini C.Mustafayev əvvələr qeyri-rəsmi nikah münasibətində olduğu Raziyyə Verdiyevanı öldürməyə cəhd edərək bıçaqlayıb.
Bildirilib ki, hər iki şəxsin qeyri-rəsmi nikah münasibətlərindən azyaşlı övladları var. Qadın övladını uzun müddət C.Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.
Zərərçəkmiş R.Verdiyeva Bakıda fəaliyyət göstərən barların birində çalışıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qeyd edilib ki, ailəli olan C.Mustafayev ali təhsillidir. O, 2012-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmada (adam bıçaqlama) təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. C.Mustafayev 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
C.Mustafayev Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.