Yuxarı
    Bağlamaq

    Bakıda özlərini MTN əməkdaşı kimi təqdim edib, hədə-qorxu ilə pul tələb edən şəxslər apellyasiya şikayəti verib

    İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq

    Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda özlərini ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edib, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynova barələrində olan hökmdən apellyasiya şikayəti veriblər

    "Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 24-nə təyin edilib.

    İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, V.Həsənov R.Qədimov ilə birlikdə Bakıda qrup yaradaraq Yaşar Babayevə hədə-qorxu gəliblər. R.Qədimov özünü MTN-in əməkdaşı Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Y.Babayevdən külli miqdarda pul tələb edib. Y.Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra təqsirləndirilən şəxslər tutulub. V.Həsənov və R.Qədimovun barəsində həbs qətimkan tədbiri, N.Hüseynova barəsində isə başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

    R.Qədimovla N.Hüseynova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və V.Həsənov isə 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Qədimov 6 il, V.Həsənov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. N.Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi