Bakıda özlərini "kriminal avtoritet" kimi təqdim edərək cinayət törədən şəxslərə hökm oxunub

Bakıda özlərini "kriminal avtoritet" kimi təqdim edərək cinayət törədən şəxslərə hökm oxunub Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1992-ci il təvəllüdlü Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
14 Dekabr , 2017 11:47
Bakıda özlərini kriminal avtoritet kimi təqdim edərək cinayət törədən şəxslərə hökm oxunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1992-ci il təvəllüdlü Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Nəbiyev 9 il, M.Həsənov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin oğurluq, quldurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinir. Onlar Bakıda vətəndaşlara özlərini "kriminal avtoritet" kimi təqdim ediblər.

Məhkəmənin baxış iclasında ittihama münasibət bildirən Y.Nəbiyev oğurluq və soyğunçuluq törətdiyini etiraf etsə də, quldurluqda özünü təqsirli bilmədiyini söyləyib.

M.Həsənov isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, Y.Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə hazırda məhkumluq həyatı yaşayır.

Son xəbərlər

Orphus sistemi