Bakıda oyuncaq tapança ilə lombarda basqın edən şəxsin məhkəməsi başlayıb

Bakıda oyuncaq tapança ilə lombarda basqın edən şəxsin məhkəməsi başlayıb Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Kamran Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
16 Yanvar , 2018 12:03
Bakıda oyuncaq tapança ilə lombarda basqın edən şəxsin məhkəməsi başlayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Kamran Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, K.Allahverdiyev Bakıda lombarda basqın etməkdə təqsirli bilinərək həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Nəsimi rayonu ərazisindəki lombarda gələn Abşeron rayon sakini Kamran Allahverdiyev orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub. Onun quldurluq əməlini oyuncaq tapança ilə həyata keçirdiyi məlum olub.

K.Allahverdiyev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi