Yuxarı
    Bağlamaq

    Bakıda övladlarını görməyə gələn ata bıçaqlanaraq küçəyə atılıb

    Hadisə yerinə təcili yardım çağırılmadığı üçün o, çoxlu qan itirib© Foto: Report.az

    Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, 1976-cı il təvəllüdlü Abdullayev Əsəd Ayaz oğlu Sarayevo küçəsi, 13 ünvanında yerləşən binanın girişində keçmiş qaynı tərəfidən bıçaqlanıb.

    Bir neçə bıçaq xəsarəti alan şəxs çoxlu qan itirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Hadisə gecə saatlarında baş verib. Ə.Abdullayev keçmiş həyat yoldaşının yaşadığı sözügedən ünvana gələrək övladlarını görmək istədiyini bildirib. Lakin onu mənzilin qapısında qaynı qarşılayıb və içəri buraxmayıb. Tərəflər arasında mübahisə düşüb. Bu zaman hər iki tərəf bıçaqdan istifadə edib. Nəticədə qayın cüzi xəsarət alsa da, yeznə ağır yaralanıb. Hadisə yerinə "təcili yardım" maşını çağırılmadığı üçün o, xeyli müddət binanın girişində köməksiz vəziyyətdə qalıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi