Bakıda ötən ay qətl törədən şəxs avtomobillə birgə saxlanıldı

Bakıda ötən ay qətl törədən şəxs avtomobillə birgə saxlanıldı Bakıda ötən ay qətl törədən şəxs tutulub
Hadisə
21 May , 2021 12:58
Bakıda ötən ay qətl törədən şəxs avtomobillə birgə saxlanıldı
0 : 00
0 : 00

Bakıda ötən ay qətl törədən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aprelin 10-da Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Allahverdiyevin ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Rəhmanov müəyyən edilərək idarə etdiyi “VAZ-21214” markalı avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi