Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 23-dən 24-nə keçən gecə paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində baş verib.
Belə ki, həmin qəsəbədə yaşayan E.Vəliyevə məxsus “VAZ-2107” markalı avtomobilin 4 ədəd təkəri, şüşələri və maqintafonu oğurlanıb.
Daha sonra E.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Ağazadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.