Bakıda hotellərin birindən ərəb turistlərin boyunbağı və geyim əşyaları oğurlanıb

Bakıda hotellərin birindən ərəb turistlərin boyunbağı və geyim əşyaları oğurlanıb Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulub
Hadisə
6 Yanvar , 2017 11:48
Bakıda hotellərin birindən ərəb turistlərin boyunbağı və geyim əşyaları oğurlanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakıda hotellərin birindən əcnəbi qonaqların geyim əşyalarını və boyunbağını oğurlayan qadın tutulub.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonunun Neftçilər prospektindəki hotellərdən birində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Abdullah İbrahim Əlzaidin yaşadığı otaqdan geyim əşyaları və Muhammed Muammar Abdullahın yaşadığı otaqdan 1500 avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulub.

Son xəbərlər

Orphus sistemi