Bakıda hoteldən 27 min manatlıq oğurluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakıda hoteldən 27 min manatlıq oğurluq edən şəxs məhkəmə zalında həbs edilib Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
30 Mart , 2017 11:43
Bakıda hoteldən 27 min manatlıq oğurluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluq törətməkdə təqsirləndirilən Nicat Məmmədov, Elman Bəkirov, Ceyhun Məmmədov, Elməddin Vəliyev, Adil Həşimov, Rəşid Paşayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Vəliyevlə A.Həşimovun hər biri 8 il, N.Məmmədov 7 il 6 ay və E.Bəkirov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində ev dustaqlığı seçilmiş R.Paşayev 7 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

H.Hüseynovla C.Məmmədovun hər biri isə 3 min manat məbləğində cərimə edilib.

Qeyd edək ki, N.Məmmədov, E.Bəkirov, C.Məmmədov, E.Vəliyev, A.Həşimov, R.Paşayev və H.Hüseynov Bakıda Natella Quliyevaya məxsus "Zeytəm" hotelinin həyətinə daxil olaraq, oradan 27 min manatlıq oğurluq ediblər. Bundan başqa dəstə üzvləri paytaxtda yerləşən şirkətlərdən kondisoner, radiator və digər əşyaları oğurlayıblar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi