Bakıda oteldə sevgilisini öldürən qadın: "Mənim namusuma toxunmuşdu"

Bakıda oteldə sevgilisini öldürən qadın: "Mənim namusuma toxunmuşdu" Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
12 Fevral , 2019 14:41
Bakıda oteldə sevgilisini öldürən qadın: Mənim namusuma toxunmuşdu

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan edib.

G.Hüseynova özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra şahid qismində sahə müvəkkili, polis mayoru Müşviq Cabbarov ifadə verib. O söyləyib ki, hadisə günü efirdən məlumat verilib və olayın baş verdiyi otelə gedib: "Hər tərəf qan içərisində idi, qadını isə digər polis əməkdaşları çölə çıxarmışdı. Qadın isə həddindən artıq qorxurdu, əsirdi. O, "Ana-ana" deyə ağlayırdı. Sonra həkimlər gəldi, oğlanın öldüyünü dedilər. Mən də bu barədə qadına deyəndə o, yenidən ağladı. Həmin otaqda qanlı bıçaq stolun üzərinə qoyulmuşdu".

M.Cabbarovun sözlərinə görə, G.Hüseynovadan Vüqar Atakişiyevi nəyə görə öldürdüyünü soruşub: "Mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olandan sonra sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozduğunu söylədi. Qadın da deyib ki, "məni al", lakin oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Evdən bıçaq gətirdiyini, sonuncu dəfə bu barədə söhbət edəcəyini bildirdi. Hələ oteldə iki dəfə də cinsi münasibətdə olublar, sonra oğlanın "yox" deməsindən sonra qadın onu öldürüb. Qadın mənimlə danışan zaman da oğlanı çox sevdiyini bildirirdi".

Digər şahid polis əməkdaşı Fuad Əliyev dindirilən zaman hotelin adminstratoru Ramil adlı şəxsin ona zəng edib, bıçaqlanma hadisəsi olduğunu deyib.

Polis əməkdaşı Ülvi Mirzəzadə isə qətl hadisəsini görən yeganə şahid olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxt ora gələndə otağın qapısını sındırıb: "İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan da qan içindədir. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyarı bıçağı hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Qadın şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı. O deyirdi ki, "mən onu sevirəm, ölməsin. Biz də qadını çölə çıxartdıq".

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. 

Son xəbərlər

Orphus sistemi