Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı

Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı Bakıda oteldə oğurluq hadisəsi baş verib.
Hadisə
25 Fevral , 2020 12:33
Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı

Bakıda oteldə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 21-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi