Bakı. 30 iyun. REPORT.AZ/ Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, "Retro" restoranın qarşısında yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Əliyeva Nazlı Nəriman qızını 90-MF-755 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub.
Yaralı sürücünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.