Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakıda orta yaşlı kişini avtomobil vurub Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
14 Dekabr , 2017 05:49
Bakıda orta yaşlı kişini avtomobil vurub
Foto: Report.az

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçən 1976-ci il təvəllüdlü Abbasov Qafar Əlipənah oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi