Bakıda orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib

Bakıda orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
30 Sentyabr , 2017 05:44
Bakıda orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib
Foto: Report.az

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib.

"Report" xəbər verir ki, hadisə 45 yaşlı Süleymanov Cavanşir İbrahim oğlu Əhmədli qəsəbəsində, Məhəmməd Hadi küçəsində yolu keçmək istəyən zaman baş verib. Onu minik avtomobili vurub.

Sürücünün köməkliyi ilə yaralı xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi