Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
3 Avqust , 2017 04:15
Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb
Report.az

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu qəsəbəsində yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Bəşirov Feyzulla Zeynal oğlunu "Vaz 2107" markalı avtomobil vurub. Nəticədə F.Bəşirov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

Hadisəni törədən sürücü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi