Maştağada yaşlı kişi mübahisə zamanı döyülüb

Maştağada yaşlı kişi mübahisə zamanı döyülüb Müxtəlif nahiyələrindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib
Hadisə
27 Sentyabr , 2017 04:47
Maştağada yaşlı kişi mübahisə zamanı döyülüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində 49 yaşlı Əliyev Azər Güloğlan oğlu adını açıqlamadığı tanışı ilə mübahisə edib.

Nəticədə A.Əliyev döyülüb. Bədənin müxtəlif nahiyələrindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları faktı araşdırır.

Son xəbərlər

Orphus sistemi