Bakıda orta yaşlı kişi su quyusuna düşərək ölüb

Bakıda orta yaşlı kişi su quyusuna düşərək ölüb Boğulan şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Hadisə
28 Sentyabr , 2017 03:55
Bakıda orta yaşlı kişi su quyusuna düşərək ölüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi su quyusuna düşərək ölüb.

"Report" xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində 50 yaşlı Əliyev Əbülfəz Mirəli oğlu evin yaxınlığındakı su quyusuna yıxılıb. Onu yaxınları quyudan xilas edib. M.Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi