Bakıda orta yaşlı kişi su çəninin altında qalaraq ölüb

Bakıda orta yaşlı kişi su çəninin altında qalaraq ölüb Hadisə Novxanıda fərdi yaşayış evində iş zamanı baş verib
Hadisə
14 Aprel , 2018 01:21
Bakıda orta yaşlı kişi su çəninin altında qalaraq ölüb

Bakı. 14 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Fərhadov Sabir Allahverdi oğlu Novxanı qəsəbəsində əmisinə məxsus fərdi yaşayış evində işləyərkən ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb.

O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı hadisə yerinə ilk olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi