Bakı. 28 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 40 yaşlı kişi intihara cəhd edib.
"Report" xəbər verir ki, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən mənzildə yaşayan 1977-ci il təvəllüdlü Azər Məmmədov sol bazu sübüyünü iti alətlə kəsib.
Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə məlumat verilib.