Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb

Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb Rövşən Babayev 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
10 Noyabr , 2017 07:57
Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Azadlıq prospektində, 47 nömrəli orta məktəbin yaxınlığında 1985-ci il təvəllüdlü Babayev Rövşən İlham oğlu tanıdığı qadınla mübahisə edib. Mübahisə zamanı qadın bıçaqla onun əlinə xəsarət yetirib.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi