Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib

Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib Onun intihara cəhd etməsinin səbəbi araşdırılır
Hadisə
22 yanvar 2018 23:36
Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə "Dağlılar" məhəlləsində baş verib.

37 yaşlı Quliyev Ceyhun Aydın oğlu yaşadığı evdə qarnına bıçaqla zərbə vurub. O, xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

C.Quliyevin intihara cəhd etməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi