Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb - FOTO

Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb - FOTO Yaralının ifadəsini almaq mümkün olmayıb
Hadisə
24 İyul , 2018 05:21
Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb  - FOTO

Bakı. 24 iyul. REPORT.AZ/ Sabunçu rayonunda bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Rüstəm Rüstəmov küçəsində Bakı şəhər sakini 34 yaşlı Əliyev Elşən Ucayət oğlu qeyri müəyyən şəraitdə bıçaq xəsarətləri alıb. O, təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya qəbul edilib. O, əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

Yaralının ifadəsini almaq mümkün olmadığı üçün onun hələlik kim və ya kimlər tərəfindən, hansı şəraitdə vurulması məlum deyil.

Son xəbərlər

Orphus sistemi