Bakı. 25 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Əhmədov Gündüz Əmirxan oğlu Lökbatan qəsəbəsində yaşadığı binanın ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.
O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.