Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bir nəfərin bıçaq xəsarət alması ilə nəticələnən dava baş verib.
"Report"un məlumatına görə, hadisə Hövsan qəsəbəsində, Dənizkənarı küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Fətullayev Müşviq Səməd oğlu naməlum şəxslə mübahisə edib. Əlbəyaxa dava zamanı M.Fətullayevin sol ayağına bıçaqla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib.