Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, 11-ci sinif şagirdi yaralanıb

Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, 11-ci sinif şagirdi yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Fevral , 2016 11:40
Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, 11-ci sinif şagirdi yaralanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda orta məktəblərdən birində kütləvi dava hadisəsi qeydə alınıb. “Report”un xəbərinə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində 280 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında baş verən dava nəticəsində şagird Azər Əliyev xəsarət alıb. A.Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Əliyev də 11-ci sinif şagirdidir.

Son xəbərlər

Orphus sistemi