Bakıda orta məktəblərdən avadanlıq oğurlayan şəxslər saxlanılıblar - VİDEO

Bakıda orta məktəblərdən avadanlıq oğurlayan şəxslər saxlanılıblar - VİDEO Video əlavə olunub
Hadisə
23 Noyabr , 2018 14:13
Bakıda orta məktəblərdən avadanlıq oğurlayan şəxslər saxlanılıblar - VİDEO
0 : 00
0 : 00

Video əlavə olunub


*** 12:33

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda orta məktəblərdən avadanlıq oğurlayan şəxslər saxlanılıblar. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtda yerləşən 54 saylı tam orta məktədən naməlum şəraitdə 4 ədəd hər birinin qiyməti 700 manat olan proyektorun oğurlanması barədə Nəsimi rayon Polis idarəsi 19-cu polis şöbəsinə məlumat daxil olub. “İsti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaların bir qismimi sataraq əldə etdikləri pulu aralarında bölüblər.

Faktlarla bağlı Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi