Bakıda orta məktəbin zirzəmisindən silah-sursat tapılıb

Bakıda orta məktəbin zirzəmisindən silah-sursat tapılıb Məktəbin direktoru polisə müraciət edib
Hadisə
13 İyul , 2016 13:06
Bakıda orta məktəbin zirzəmisindən silah-sursat tapılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda orta məktəbin zirzəmisindən silah-sursat tapılıb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşları 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi