Bakıda onlayn narkotik alıb-satan şəxs hakim qarşısına çıxarılır

Bakıda onlayn narkotik alıb-satan şəxs hakim qarşısına çıxarılır
Hadisə
113
23 May , 2020 15:01
Bakıda onlayn narkotik alıb-satan şəxs hakim qarşısına çıxarılır
pexels.com

Bakıda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vüsal Vəlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fikrət Qəribovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan paytaxt sakini V.Vəlizadə ötən ilin dekabr ayında Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polis tərəfindən tutulub.

Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.