Bakıda piyada qadının ölümünə səbəb olmaqda təqsirli bilinən avtobus sürücüsü Bəxtiyar Həmzəliyev barəsindəki hökmdən apelyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun icraatında olan şikayətlə bağlı ilkin baxış iclası iyulun 19-da keçiriləcək.
Qeyd edək ki, Ə.Qasımov Bakı
Xatırladaq ki, hadisə ötən il martın 19-u saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.