Bakıda ölümə səbəb olan sürücünün istintaqı başa çatıb

Bakıda ölümə səbəb olan sürücünün istintaqı başa çatıb Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 Noyabr , 2019 12:12
Bakıda ölümə səbəb olan sürücünün istintaqı başa çatıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Zeynəb Axundovanın icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında Bakı-Mərdəkan avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədov Fərid Məmmədağa oğlu idarə etdiyi "Wolkswagen Passat" markalı 01 BS 332 dövlət nömrə nişanlı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən Mərdəkan körpüsünü keçəndən sonra idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1997-ci il təvəllüdlü Şükürlü İsmayıl Ədalət oğlu hadisə yerində ölüb. F.Məmmədov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi