Bakıda ölüm işinə görə tutulan şəxs məhkəmənin bəraət qərarından sonra özündən gedib

Bakıda ölüm işinə görə tutulan şəxs məhkəmənin bəraət qərarından sonra özündən gedib Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.
Hadisə
19 Sentyabr , 2018 16:02
Bakıda ölüm işinə görə tutulan şəxs məhkəmənin bəraət qərarından sonra özündən gedib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimova bəraət verilib.

Məhkəmənin bəraət qərarını eşidən E.İbrahimov özündən gedib. Daha sonra onu ayıldıblar. E.İbrahimov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb, xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

Amma E.İbrahimov bununla razılaşmır, heç kimi öldürmədiyini deyirdi.

Qeyd edək ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilirdi.

Son xəbərlər

Orphus sistemi