Yuxarı

Bakıda ölən atasından qalan tapançanı saxlayan şəxs tutuldu - VİDEO

Bakıda ölən atasından qalan tapançanı saxlayan şəxs tutuldu

Cavid Əliyev

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Polis Şöbəsində ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zaman 1 ədəd “Naqan” sistemli revalver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. 

C.Əliyev ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq gizlətdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi