Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakıda oğurluqla məşğul olan dəstənin daha iki üzvü saxlanılıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səkinə Şabanovanın, Dilşad Abdullayevanın, Pərvanə Əliyevanın və Gülsüm Əliyevanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Gürcüstan vətəndaşı Ramil Bayramov və arvadı Larisa Acalova tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.