​Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə iclasından yayınıb

​Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə iclasından yayınıb O, iclasa gələ bilməməsinə səbəb kimi xəstəxanada müalicə almasını göstərib
Hadisə
19 Aprel , 2016 12:39
​Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə iclasından yayınıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə iclasına gəlməyib.

"Report"un məlumatına görə, barəsində həbs qətimkan tədbiri seçilməyən Kürdəmir rayon sakini Vəfa Zeynalova Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə bu gün keçirilən baxış iclasında iştirak etməyib.

O, iclasa gələ bilməməsinə səbəb kimi xəstəxanada müalicə almasını göstərib. Lakin V.Zeynalova məhkəməyə heç bir sənəd təqdim etməyib.

Qeyd edək ki, oğurluq hadisəsi 2014-cü ilin yanvar ayının 20-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakini Arzu Nəsirova Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, həmin gün evində kirayənişin qalan Nərmin adlı şəxs ona məxsus 700 manat, 500 ABŞ dollar və qızıl zinət əşyalarını oğurlayıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini V.Zeynalova tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi