Bakıda oğurluq və quldurluq edən dəstə üzvlərinə ümumilikdə 24 il həbs cəzası verilib

Bakıda oğurluq və quldurluq edən dəstə üzvlərinə ümumilikdə 24 il həbs cəzası verilib Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
11 Aprel , 2017 12:03
Bakıda oğurluq və quldurluq edən dəstə üzvlərinə ümumilikdə 24 il həbs cəzası verilib

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən dəstə üzvləri – 27 yaşlı Adil Şahbalıyev, 27 yaşlı yaşlı Emin Mirzəyev, 26 yaşlı Emin Allahverdiyev və 27 yaşlı Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Şahbalıyev 9 il, E.Mirzəyev 5 il, E.Allahverdiyev 4 il 6 ay və N.Əkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A.Şahbalıyev 2015-ci ilin noyabr ayında Lökbatan qəsəbəsində tanışı Səbinə Məmmədzadəyə zor tətbiq edərək onun “iPhone 5S” markalı mobil telefonunu, ödəmə kartlarını və çantasındakı 110 manat pulunu götürməklə soyğunçuluq edib.

Bu hadisədən bir müddət sonra onunla eyni qəsəbədə yaşayan Orxan Zülfiqarzadəyə hədə-qorxu gələrək pul tələb edib. O.Zülfiqarzadənin pulu olmadığını dedikdə isə o, əl atıb onun cibindəki 20 manat pulunu çıxarıb.

A.Şahbalıyevin quldurluq əməlləri bununla bitməyib. O, 6 yanvar 2016-cı ildə Ceyhun İsmayılov və N.Əkbərovla birlikdə E.Mirzəyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Salyan şosesi istiqamətində hərəkət edərkən Kamran Ələkbərovun yol kənarında dayandığını görüb. Onun pullarını əlindən almaq məqsədilə avtomobili saxlayıb, pusquda dayanıblar. Ətrafda kimsənin olmadığını görən A.Şahbalıyev C.İsmayılovla birgə K.Ələkbərova yaxınlaşaraq onun qollarını burub yerə yıxıb və gödəkçəsinin cibindəki 300 dolları ələ keçiriblər.

Dəstə üzvlərinin sonuncu cinayəti də elə həmin gecəyə təsadüf edib. Bu dəfəki oğurluq öz dəst-xətti ilə digərlərindən fərqlənib. Belə ki, hədəfə götürülən N.Əkbərovun bibisinin evi olub. Aralarındakı razılaşmaya əsasən, E.Mirzəyev, E.Allahverdiyev və N.Əkbərov pusquda dayanıblar, digərləri isə Samirə Əkbərovanın mənzilinə soxulublar. Mənzildə olan 700 manat pulu və dolabdakı bir cüt qızıl sırğanı götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar. Daha sonra onlar həbs edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq) və 180.2.1-ci (soyğunçuluq) maddələri ilə ittiham olunublar.

C.İsmayılov barəsində isə axtarış elan edilib.

Son xəbərlər

Orphus sistemi