Bakıda oğurluq edən qadınların birindən narkotik maddə aşkarlanıb

Bakıda oğurluq edən qadınların birindən narkotik maddə aşkarlanıb Bakıda oğurluq etməkdə şübhəli bilinən qadınların birindən narkotik maddə götürülüb.
Hadisə
27 İyul , 2019 12:15
Bakıda oğurluq edən qadınların birindən narkotik maddə aşkarlanıb

Bakıda oğurluq etməkdə şübhəli bilinən qadınların birindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə iyulun 22-də baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Gül və K.Qasımova saxlanılıblar.

R.Güldən 0,152 qr heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi